“Birləşmiş Ştatların Vyetnamdan idxala tariflər tətbiq etmək qərarı qarşılıqlı faydalı iqtisadi və ticarət əməkdaşlığına uyğun gəlmir və Vyetnam Sosialist Respublikası (SRV) ilə ABŞ arasında hərtərəfli strateji tərəfdaşlığın ruhunu əks etdirmir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Vyetnam Sosialist Respublikası Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktoru bildirib.
“Hesab edirik ki, yuxarıda qeyd olunan qərar iki ölkə arasında qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığının reallığına uyğun gəlmir, sülh, sabitlik, əməkdaşlıq və inkişaf naminə hərtərəfli strateji tərəfdaşlıq ruhunu əks etdirmir. Bu qərar ikitərəfli iqtisadi münasibətlərə, iki ölkənin xalqlarının və müəssisələrinin maraqlarına mənfi təsir göstərəcək”, – o vurğulayıb.



