Xəbərlər

Vyetnam Milli Assambleyasının sədri Rusiyaya səfər edəcək

Vyetnam Sosialist Respublikasının Milli Assambleyasının sədri Tran Thanh Manın sentyabrın 8-dən 10-dək Rusiyada rəsmi səfərdə olacağı bildirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Vyetnam Milli Assambleyasının Xarici Əlaqələr Komitəsi məlumat yayıb.

“Milli Assambleyanın sədri Tran Thanh Man sentyabrın 8-dən 10-dək Rusiyada rəsmi səfərdə olacaq və Dövlət Duması ilə Vyetnam Milli Assambleyası arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın üçüncü iclasına həmsədrlik edəcək”, – məlumatda qeyd olunub.