Xəbərlər

Vyetnamın Baş naziri BRİCS sammiti üçün Rusiya səfər edib

Vyetnamın Baş naziri Fam Min yüksək səviyyəli nümayəndə heyətinin müşaiyəti ilə Kazanda keçiriləcək BRİCS sammitində iştirak etmək üçün Rusiya Federasiyasına səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Vyetnam Xəbər Agentliyi məlumat yayıb.

Verilən məlumata görə, hökumət başçısını müşayiət edən nümayəndə heyətinə Baş nazirin müavini, xarici işlər naziri, sənaye və ticarət naziri, milli müdafiə nazirinin müavini və s. şəxslər daxildir.