İsrail ordusunun Qəzza zolağının müxtəlif ərazilərinə endirdiyi intensiv zərbələr nəticəsində azı 111 mülki şəxs həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə “WAFA” xəbər agentliyi məlumat yayıb.
Verilən məlumata görə, məcburi köçkünlər üçün evləri və sığınacaqları dağıtmaq məqsədi daşıyan silsilə partlayışlar və zərbələr zamanı Qəzza şəhərindəki Əl-Şati qaçqın düşərgəsində və Fələstin anklavının şimalındakı Beyt Lahiya kəndində 72 mülki şəxs ölüb.