Amerika hakimiyyəti seçki rəsmilərinə qarşı təhdidlərin artması və mümkün iğtişaşlar səbəbindən ölkədəki bəzi seçki məntəqələrində təhlükəsizlik tədbirlərini əhəmiyyətli dərəcədə gücləndirmək qərarına gəlib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post (WP)” məlumat yayıb.
Qeyd edilib ki, tədbirlərə pilotsuz uçuş aparatlarının (PUA) istifadəsi, panik düymələrinin quraşdırılması, bir sıra şəhərlərdə seçki məntəqələri və səsvermə mərkəzlərinin mühafizəsi üçün snayperlərin yerləşdirilməsi daxildir.