Xəbərlər

WP: ABŞ və Britaniya artıq qlobal böhranları dayandıra bilmir

“Bir vaxtlar qlobal nizamın sütunları olan ABŞ və Böyük Britaniya dərin fikir ayrılıqları və daxili problemlər səbəbindən artıq qlobal böhranların həllində birləşə bilmirlər”.

“Füyuzat”ın məlumatına görə, bu iddia ilə ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya rəsmi səfəri ərəfəsində “The Washington Post” (WP) qəzeti çıxış edib.

Nəşr yazır ki, ABŞ və Böyük Britaniya əvvəllər “dünya səhnəsində lider” olub və “ciddi böhranlarla məşğul olan diplomatik dueti” təmsil ediblər.

Nəşr qeyd edir ki, Vaşinqton və London təkcə daxili problemlərlə üzləşmir, həm də Ukrayna və İsrail-Fələstin münaqişəsi kimi əsas müasir böhranlara dair “kəskin fərqli baxışlar”la üzləşirlər ki, bunları “heç bir bəhanə ilə gizlədə bilməzlər”.

WP-nin fikrincə, “keçmiş nizam çətin ki, böhrandan böhrana doğru gedən dünyanı sakitləşdirsin”: “Üstəlik, ABŞ və Böyük Britaniya mahiyyətcə ticarət müharibəsi vəziyyətindədir”.