Xəbərlər

WP: Bayden İranın Trampa sui-qəsd cəhdini təcavüz hesab edəcək

ABŞ Prezidenti Co Bayden Tehrana xəbərdarlıq edib və Vaşinqtonun İranın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın həyatına mümkün sui-qəsd cəhdini təcavüz aktı kimi qiymətləndirəcəyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” (WP) mənbələrə istinadən məlumat yayıb.

“Trampın həyatına qarşı ikinci sui-qəsd cəhdi həyəcan verici bir təxribatdan daha çox şeydir. Bu, təcavüz kimi qiymətləndiriləcək”, – məlumatda qeyd olunub.