Xəbərlər

WP: Rusiya 2025-ci ildə Ukraynada öz məqsədlərinə çata biləcək

“Ukrayna Silahlı Qüvvələri üçün vəziyyət indiki kimi qalmaqda davam edərsə, Rusiya 2025-ci ildə Ukraynada uğur qazana biləcək”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post (WP)” məlumat yayıb.

Nəşr qeyd edir ki, Ukrayna qoşunları şərqdə cəbhə xəttini saxlamağa çalışır, lakin mövqelərini itirir.

“Belə ki, “qələbə perspektivi” yox olur və Qərbin dəstəyi zəifləyir. Bu baxımdan, Ukraynanın Rusiya ilə danışıqlarda güzəştə gedəcəyi ehtimalı zaman keçdikcə artır”, – qəzet əlavə edib.