Xəbərlər

WP: Yardımın kəsilməsi ABŞ-ın Afrikada təsirini itirməsi ilə nəticələnəcək

Birləşmiş Ştatların bir çox humanitar proqramlara ayırdığı maliyyəni azaltması onun Afrika ölkələrində təsirini itirməsinə gətirib çıxaracaq ki, bu boşluq digər dövlətlər, ilk növbədə Rusiya, Çin, BƏƏ və Türkiyə tərəfindən doldurulacaq.

“Füyuzat”ın məlumatına görə, bu barədə Amerikanın “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

“Birləşmiş Ştatlar hər il ilk növbədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) vasitəsilə bütün dünyada müxtəlif qrantlar şəklində təxminən 70 milyard dollar ayırıb. USAID-in büdcəsinin təxminən dörddə biri Afrika ölkələrinə yönəldilib. ABŞ Dövlət Katibi Marko Rubio daha əvvəl bildirib ki, USAİD-in proqramlarının yalnız 17%-i fəaliyyətini davam etdirəcək. Bu, ABŞ-ın Afrikadakı mövcudluğunun əsas elementlərinin sıradan çıxmasına və ölkənin qitədəki təsirinin və yumşaq güc səviyyəsinin kəskin azalmasına gətirib çıxaracaq”, – məlumatda bildirilib.