Xəbərlər

WP: Zelenski Qərbi Rusiyaya zərbə endirməyə razı sala bilməyib

Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqlərini Rusiya ərazisinə zərbələr endirməyə razı sala bilməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Washington Post” (WP) məlumat yayıb.

Məlumata görə, Zelenski ilə Pentaqon rəhbəri Lloyd Ostin arasında Ramşteyndəki Amerika aviabazasında keçirilən görüşdən sonra Qərb Ukrayna Prezidentinin Rusiyaya uzaqmənzilli silahlarla zərbələr endirmək qadağasını ləğv etmək çağırışına ciddi yanaşmayıb.

Qeyd olunur ki, belə bir qadağanın nə vaxt aradan qaldırılacağı barədə məlumat yoxdur.