“Londonla ticarət danışıqlarında Vaşinqton ABŞ-dan idxal edilən avtomobillərə qarşı tətbiq edilən rüsumların 10%-dən 2,5%-ə endirilməsini tələb etmək niyyətindədir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” öz mənbələrinə istinadən məlumat yayıb.
Verilən məlumata görə, ABŞ Böyük Britaniyaya Amerika kənd təsərrüfatı məhsullarının idxalı üçün şərtləri yumşaltmağı və malların mənşəyinin müəyyən edilməsi qaydalarına yenidən baxmağı təklif etməyi planlaşdırır.
Amerika administrasiyasının Londonla danışıqlarda irəli sürməyə hazırlaşdığı tələblərin tam siyahısına hələ də yeni əlavələrin olunduğu bildirilib.



