“Birləşmiş Ştatlar Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İsrailin Livanda Hizbullah hərəkatına qarşı quru əməliyyatına başlaya biləcəyindən ehtiyat edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Pentaqonun rəhbəri Lloyd Ostin sentyabrın 16-da yüksək səviyyəli departament rəsmiləri ilə görüşdə İsrailin tezliklə hücuma keçə biləcəyindən qorxduğunu bildirib.