Xəbərlər

WSJ: ABŞ ordusu dronlardan istifadəni artırmaq niyyətindədir

“ABŞ ordusu dronların istifadəsini əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Wall Street Journal” məlumat yayıb.

“Pentaqon hər bir bölməni təxminən 1000 ədəd pilotsuz uçuş aparatı (PUA) ilə təchiz etməyi və bununla da köhnəlmiş silahlardan qurtulmağı gözləyir. Bu qərarın səbəbi ABŞ ordusunun Ukraynadakı münaqişəni təhlil etməsidir. Pilotsuz uçuş aparatları hərbi əməliyyatların formatını dəyişib, çünki onlar nəinki düşmən müdafiəsini dəf etməyə, həm də gizli düşmən mövqelərini daha yaxşı aşkar etməyə qadirdirlər”, – məlumatda bildirilib.