Xəbərlər

WSJ: ABŞ və İsrail arasında bağlanan gizli kəşfiyyat memorandumu narahatlıq doğurur

“ABŞ və İsrail arasında kəşfiyyat məlumatlarının mübadiləsini artırmaq üçün əldə edilən gizli razılaşma Vaşinqton administrasiyasının Qəzzada dinc insanların ölümünə töhfə verdiyinə dair narahatlıqların artmasına səbəb olub”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Wall Street Journal (WSJ)” qəzeti açıqlama verib.

WSJ-yə açıqlama verən ABŞ rəsmiləri 7 oktyabr 2023-cü il tarixindən qısa müddət sonra kəşfiyyat şəbəkəsini inkişaf etdirmək üçün ABŞ və İsrail arasında gizli razılaşma əldə edildiyini bildiriblər. Eyni dövrdə ABŞ-ın Qəzzaya qarşı kəşfiyyat fəaliyyətini artırdığı da əlavə edilib.