Xəbərlər

WSJ: İran İsrailə böyük zərbə vura bilər

“İran İsrailin son zərbəsinə baxmayaraq, İsrailin müdafiə qabiliyyətinə ciddi təhlükə yaradan raket imkanlarını saxlayır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) Qərb rəsmilərinə istinadən məlumat yayıb.

Qeyd edilib ki, İranın ballistik raketləri İsrail dövlətinin hava hücumundan müdafiə sistemlərindən yanına bilərsə, İsrail ərazisindəki obyektlərə böyük ziyan vura bilər.

“İsrailin hücumu nəticəsində İranın strateji əhəmiyyətli obyektlərini əhatə edən hava hücumundan müdafiə sistemləri zədələnib. Buna görə də İslam Respublikası İsrailə cavab verərkən nəzərə almalıdır ki, İsrail dövlətinin ordusunun sərt cavabı, o cümlədən enerji infrastrukturu və ya nüvə obyektlərinin atəşə tutulması ilə üzləşə bilər”, – məlumatda bildirilib.