ABŞ Prezidenti Co Bayden administrasiyası İran hakimiyyətinə bildirib ki, onlar Yaxın Şərqdə münaqişənin genişlənməsini istəmirlər. Eyni zamanda, Vaşinqtonda Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq İranın hələ də İsrailə zərbələr endirəcəyi ilə bağlı ciddi qorxular qalmaqdadır.
“Füyuzat”n məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) amerikalı mənbələrinə istinadən məlumat yayıb.
“Biz bilirik ki, onlar mesajlarımıza diqqət yetirirlər, lakin bunun onların fikirlərini dəyişib-dəyişdirmədiyini bilmirik. Bu qeyri-müəyyənlik Ağ Evi hadisələrdən kənarda saxlayır”, – məlumatda bildirilib.