“İran İsrailə qarşı cavab zərbəsinin miqyasını artıra bilər, bu dəfə cavab zərbəsində təkcə İslam İnqilabı Keşikçiləri Korpusu deyil, nizami ordu da iştirak edəcək”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Verilən məlumata görə, Tehran İsrailin son zərbələri nəticəsində iranlı hərbçilər və mülki şəxslər arasında itkilər olduğunu nəzərə alaraq belə bir qərar verib, lakin qeyd edildiyi kimi, İslam Respublikası bölgəyə qoşun yeritməyi nəzərdə tutmayacaq.