Xəbərlər

WSJ: Vens ABŞ–Rusiya münasibətlərini bərpa etməyə çağırıb

“ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Ukrayna münaqişəsi uğurla həll olunarsa, ABŞ-ın Rusiya ilə münasibətlərini bərpa etməsini təklif edib”.

“Füyuzat”ın məlumatına görə, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp fevralın 12-də baş tutan telefon danışığında digər məsələlərlə yanaşı, Ukraynada nizamlanma perspektivlərini də müzakirə ediblər.