Ermənistan Prezidenti Vaaqn Xaçaturyan parlamentin əvvəllər qəbul etdiyi Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiyaların işi haqqında Əsasnaməni imzalayıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Prezident Aparatının mətbuat xidməti məlumat yayıb.
“Oktyabrın 24-də Respublika Prezidenti Vaaqn Xaçaturyan “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyasının birgə fəaliyyəti haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” qanunu imzalayıb”, – məlumatda qeyd edilib.
Əvvəllər sənəd Ermənistan parlamenti tərəfindən ratifikasiya edilib.
Sentyabrın 2-də Ermənistan hökuməti Azərbaycanla sərhədlərin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında müddəaların ratifikasiya layihəsini dərc edib. Qanun layihəsinə əsasən, Ermənistan və Azərbaycan komissiyaları delimitasiya zamanı bütün xəritələrdən, o cümlədən hüquqi əsası olan sənədlərdən istifadə edəcək. Əsasnamə erməni, azərbaycan və rus dillərində tərtib olunub.