Xəbərlər

Xamenei: ABŞ İranla hərbi münaqişəyə girərsə, itkilər verəcək

“Vaşinqton İsrailin İran İslam Respublikasına qarşı təcavüzünə qoşularsa, itkilər verəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın ali dini lideri Ayətullah Əli Xamenei deyib.

“İranı, xalqını və tarixini bilən müdrik insanlar bu ölkə ilə heç vaxt təhdid dili ilə danışmaz. Çünki İran xalqı heç vaxt təslim olmayıb, olmayacaq. Amerikalılar hər hansı hərbi müdaxilə nəticəsində, şübhəsiz ki, bərpası mümkün olmayan ziyana uğrayacaqlar”, – Xamenei əlavə edib.