Xəbərlər

Xamenei: İsrail cəzalandırılacaq

İranın ruhani lideri Ayətullah Əli Xamenei Fələstinin HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə görə İsraili ağır cəza gözlədiyini bildirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Xamenei özü məlumat verib.

“Bu hərəkəti ilə cinayətkar və terrorçu sionist rejim ağır cəzaya layiq olduğunu göstərdi, biz İran İslam Respublikası ərazisində şəhid olan Haniyənin qisasını almağı özümüzə borc bilirik”, – Xamenei söyləyib.