“İran Tehrana və Yaxın Şərqdəki İslam müqavimət qüvvələrinə qarşı düşmən addımlarına cavab olaraq İsrail və ABŞ-a ciddi zərbə vuracaq”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Əli Xamenei deyib.
“Düşmənlər, o cümlədən ABŞ və İsrail bilməlidirlər ki, biz İrana və müqavimət cəbhəsinə qarşı hərəkətlərə mütləq sarsıdıcı cavab zərbəsi verəcəyik”, – İran lideri bildirib.