Xəbərlər

Xameneinin müşaviri Laricani Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib

İran prezidenti Məsud Pezeşkian İranın ali dini lideri Ayətullah Əli Xameneinin müşaviri Əli Laricanini İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi təyin edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NourNews” agentliyi məlumat yayıb.

Bu vəzifəni əvvəllər Əli Əkbər Əhmədian tutub.

“Tasnim”in məlumatına görə, Laricani yaxın vaxtlarda Əli Xameneinin Milli Təhlükəsizlik Şurasındakı iki nümayəndəsindən biri ola bilər. Hazırda İran Təhlükəsizlik Şurasında Xamneyinin maraqlarını Əli Əkbər Əhmədian və Səid Cəlali təmsil edir. “Tasnim”in məlumatına görə, Əhmədian yaxın vaxtlarda yeni yaradılacaq xüsusi tapşırıqlar üzrə vitse-prezident vəzifəsinin icrasına başlaya bilər.

Qeyd edək ki, avqustun 3-də ABŞ prezidenti Donald Trampın yeni təhdidləri fonunda İranın Ali Milli Təhlükəsizlik Şurası ölkənin xarici təhdidlərdən qorunması ilə bağlı məsələlərə cavabdeh olacaq Müdafiə Şurası adlı xüsusi qurum yaratmaq qərarına gəlib.