Xəbərlər

Xarici ölkə vətəndaşları Rusiya ordusunda xidmət edəcəklər

Rusiya prezidenti Vladimir Putin Rusiyada hərbi xidmət keçmə qaydasını dəyişdirən fərman verib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya Federasiyasının rəsmi dövlət orqanları məlumat yayıb.

Sənəddə əcnəbi vətəndaşların təkcə fövqəladə və ya hərbi vəziyyət, silahlı münaqişələr zamanı deyil, səfərbərlik dövründə də xidmət edə biləcəkləri bildirilib.

Qeyd edək ki, vətəndaşlığı olmayan şəxslər və əcnəbi vətəndaşlarla hərbi xidmət keçmək üçün müqavilələr səfərbərlik müddəti başa çatana və ya hərbi vəziyyət başa çatana qədər bağlanır.