Xəbərlər

Xarici qonaqlar Qarabağ Universitetini ziyarət ediblər

Səkkiz ölkədən olan səyyahlar Qarabağ Universitetini ziyarət ediblər.

“Füyuzat”ın məlumatına görə, onlar burada tədris prosesinin təşkili və tələbələr üçün yaradılan şəraitlə tanış olublar.

Səyyahlar həmçinin universitetin yeni kampuslarının inşa edildiyi tikinti meydançalarında olublar.

Qeyd edək ki, səkkiz ölkədən – ABŞ, Böyük Britaniya, Almaniya, Belçika, Avstriya, İsveç, İrlandiya və Portuqaliyadan olan səyyahlar iki gün ərzində avtomobil yolu ilə Ağdam–Xankəndi–Laçın–Şuşa–Füzuli xətti üzrə hərəkət etməyi planlaşdırırlar.