Yerli vaxtla saat 5:07-də Xəzər dənizində 3 maqnitudada zəlzələ olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
Məlumata görə, zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.
Xatırladaq ki, bu, son iki gündə Xəzərdə qeydə alınan ikinci təbiət hadisəsidir. İyulun 27-də də yerli vaxtla saat 5:46-da Xəzər dənizində 3,2 maqnitudada zəlzələ olub.



