Xəbərlər

XİN: Avstriyanın NATO-ya üzv olmaq planı yoxdur

“Avstriya NATO-ya daxil olmaq niyyətində deyil, lakin alyansla əməkdaşlıq etməyi planlaşdırır”.

“Füyuzat”ın məlumatına görə, bu barədə Avstriyanın xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

“Hərbi baxımdan biz neytral ölkəyik. Biz NATO-ya daxil olmağı planlaşdırmırıq. Bizim üçün Avropa təhlükəsizliyinin arxitekturası təkcə NATO-dan deyil, həm də Avropa İttifaqı və ATƏT-dən ibarətdir”, – diplomat qeyd edib.