Xəbərlər

Xorvatiyada prezident seçkilərində Milanoviç qalib gəlib

Xorvatiyanın hazırkı prezidenti Zoran Milanoviç prezident seçkilərinin sonuncu – ikinci turunun nəticələrinə görə, 74,68% səs toplayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə Xorvatiya Respublikasının Dövlət Seçki Komissiyasından (DSK) məlumat verilib.

6755 seçki məntəqəsindən daxil olan məlumatlara görə, Milanoviç 1122859 səs (74,68%), müstəqil namizəd Draqan Primoratz isə 380 752 səs (25,32%) toplayıb.

Verilən məlumata görə, seçici fəallığı 44,18% təşkil edib.

Qeyd edək ki, Milanoviç ötən il dekabrın 29-da keçirilən seçkilərin ilk turunda seçicilərin 49,09 %-nin, onun əsas rəqibi Primoratz isə 19,35 %-nin dəstəyini qazanıb.