“Yaponiya hökuməti ABŞ-ın idxal rüsumlarından son dərəcə təəssüflənir və onlara yenidən baxılmasını tələb edir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi bildirib.
“Vaşinqtonun ticarət sahəsindəki tədbirləri iki ölkə arasında iqtisadi əlaqələrə və bütün beynəlxalq ticarət sisteminə təsir göstərəcək.
Yaponiya müxtəlif səviyyələrdə ABŞ-a öz narahatlığını və birtərəfli tarif tədbirləri tətbiq etməyə ehtiyac olmadığını bildirib. Buna baxmayaraq, ABŞ hökumətinin birtərəfli qaydada cavab rüsumları tətbiq etdiyini elan etməsi son dərəcə təəssüf doğurur. Bu tədbirlərin Ümumdünya Ticarət Təşkilatının normalarına və Yaponiya-ABŞ ticarət razılaşmasına uyğunluğu ilə bağlı ciddi narahatlığımız var”, – o vurğulayıb.



