Xəbərlər

Yaponiya ABŞ-la ittifaqı gücləndirmək niyyətindədir

Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba ABŞ Prezidenti Co Baydenlə telefon danışığı aparıb. Tərəflər ikitərəfli ittifaqı gücləndirmək siyasətini davam etdirmək niyyətində olduqlarını açıqlayıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “NHK” televiziyası məlumat yayıb.

“Kişida və Bayden Yaponiya–ABŞ müttəfiqliyini əhəmiyyətli dərəcədə gücləndirdi. Mən bu kursu davam etdirmək və onu daha da möhkəmləndirmək istərdim”, – İşiba bildirib.