Xəbərlər

Yaponiya, ABŞ və Cənubi Koreya Şimali Koreyanın raket buraxılışını pisləyib

Yaponiya, ABŞ və Koreya Respublikası Koreya Xalq Demokratik Respublikasının (KXDR) qitələrarası ballistik raket buraxılışını kəskin şəkildə pisləyir və bunu BMT Təhlükəsizlik Şurasının mövcud qətnamələrinin pozulması hesab edir.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin üç ölkənin xarici işlər nazirliklərinin nümayəndələri arasında danışıqların yekunları üzrə dərc etdiyi bəyanatda deyilir.

Bildirilir ki, onların Şimali Koreya üzrə xüsusi nümayəndələri də Pxenyanın hərəkətlərinin “regional təhlükəsizliyə ciddi və bilavasitə təhlükə” yaratdığı və həmçinin bütün beynəlxalq ictimaiyyət üçün problem yaratdığı mövqeyini təsdiqləyiblər.

Tokio, Vaşinqton və Seul həmçinin, xüsusilə birgə regional çəkindirmə qüvvələrinin gücləndirilməsi sahəsində sıx əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.