“Yaponiya, ABŞ və Filippin birgə dəniz təhlükəsizliyini müzakirə etmək üçün üçtərəfli görüş keçirəcək”.
“Füyuzat”ın məlumatına görə, razılıq Yaponiyanın xarici işlər naziri Takeşi İvaya və onun filippinli həmkarı Enrike Manalo tərəfindən İtaliyada keçirilən G7 sammiti çərçivəsində keçirilən danışıqlarda əldə olunub.
Verilən məlumata görə, tərəflər dekabrda Tokioda görüşmək barədə razılığa gəliblər.
“Biz fundamental dəyərləri və prinsipləri paylaşdığımız Filippinlə beynəlxalq məsələlərin və münaqişələrin, o cümlədən Cənubi Çin dənizindəki vəziyyəti sülh yolu ilə həll etmək üçün yaxından işləmək istərdik”, – “NHK” Yaponiyanın xarici işlər nazirinin sözlərindən sitat gətirib.