Xəbərlər

Yaponiya BRİCS-in sanksiyaların ləğvi ilə bağlı çağırışını şərh etməyib

Yaponiya hökuməti BRİCS sammiti bəyannaməsini, o cümlədən birtərəfli sanksiyaların ləğvi ilə bağlı çağırışları şərh etməyib.

“Füyuzat”ın məlumatına görə, bu barədə sualı Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Kazuhiko Aoki cavabsız qoyub.

“BRİCS məsələsinə gəldikdə, Yaponiya hökuməti üçüncü ölkələrin hərəkətlərini şərh etməkdən çəkinmək istərdi. Tokio Kiyevə dəstəyi və Rusiyaya qarşı sərt sanksiyaları davam etdirmək niyyətindədir”, – Aoki bildirib.