Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi ölkənin cənub-qərbindəki Taneqaşima Peyk Başlatma Mərkəzindən “H3” ağır daşıyıcı raketini uğurla orbitə çıxarıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Aerokosmik Kəşfiyyat Agentliyi məlumat yayıb.
Qeyd edək ki, bu raketin buraxılması əlverişsiz hava şəraiti ilə əlaqədar bir neçə dəfə təxirə salınıb.
Əlavə edilib ki, “H3” Yaponiyanın ən böyük maye yanacaq daşıyıcısıdır, onun uzunluğu 63 metr, diametri 5,2 metr, yükgötürmə qabiliyyəti isə 4-6,5 tona qədərdir.