Yaponiya İranın Yaxın Şərqdə vəziyyətin sabitləşməsinə töhfə vermək üçün öz təsirindən istifadə etməli olduğunu bildirib.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Yoko Kamikava məlumat yayıb.
Yaponiyanın xarici işlər naziri Yaxın Şərqdə vəziyyətin hazırkı durumu ilə bağlı ciddi narahatlığını ifadə edərək, gərginliyin daha da pisləşməsinin regionun və beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olmayacağını, qarşıdurma riskinin daha da artmaması üçün bütün səylərin göstərilməli olduğunu vurğulayıb.