Xəbərlər

Yaponiya: Kimin Prezident olmasından asılı olmayaraq, ABŞ-la münasibətləri gücləndirəcəyik

“Yaponiya hökuməti Birləşmiş Ştatlarla müttəfiqliyə özünün xarici və təhlükəsizlik siyasətinin əsası kimi baxır və əlaqələri daha da gücləndirməyə sadiqdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayasi deyib.

“Biz ABŞ-dakı prezident seçkilərini diqqətlə izləyirik, lakin bu, başqa ölkənin daxili işlərinə aiddir, ona görə də şərh verməkdən çəkinmək istərdim. Yaponiya-ABŞ müttəfiqliyi diplomatiya və təhlükəsizlik siyasətinin təməl daşıdır, Hind-Sakit okean regionunda və dünya birliyində sülh və firavanlıq üçün əsasdır. Tokio müttəfiqliyi daha da gücləndirmək üçün növbəti administrasiya ilə güclü etimad və əməkdaşlıq əlaqələri qurmaq istəyir”, – Hayasi bildirib.