“Yaponiya hökuməti Livan-İsrail sərhəd bölgəsində vəziyyətin pisləşməsindən narahatdır və bütün tərəflərdən atəşkəs razılaşmasına əməl etməyi tələb edir”.
“Füyuzat”ın məlumatına görə, bunu mətbuat konfransında Nazirlər Kabinetinin baş katibinin müavini Keyişiro Taçibana deyib.
“Biz vəziyyəti diqqətlə izləyirik. Yaponiya bütün tərəflərdən atəşkəs razılaşmasına tam əməl etməyi, eləcə də regional sabitliyi təmin etmək üçün tədbirlər görməyi tələb etməyə davam edəcək”, – diplomat qeyd edib.
Xatırladaq ki, noyabrın 27-də İsrail və Livan arasında 2023-cü ilin oktyabrında hərbi əməliyyatların başlamasından sonra ilk dəfə atəşkəs haqqında saziş qüvvəyə minib.