Xəbərlər

Yaponiya MN: Rusiya və Çin arasında hərbi əməkdaşlığın dərinləşməsindən narahatıq

“Rusiya və Çin silahlı qüvvələri arasında dərinləşən əməkdaşlıq Tokioda ciddi narahatlıq yaradır”.

“Füyuzat”ın məlumatına görə, bu fikirlər Yaponiya Müdafiə Nazirliyinin “Ağ kitab” illik hesabatında yer alıb.

“Rusiya və Çin silahlı qüvvələri arasında əməkdaşlığın intensivliyi artır. Bu, böyük narahatlıq doğurur, çünki məqsəd Yaponiyaya qarşı güc nümayiş etdirməkdir”, – sənəddə deyilir.

Son bir neçə ildə Yaponiya Müdafiə Nazirliyinin bütün illik hesabatlarında oxşar ifadələr yer alıb.