Xəbərlər

Yaponiya müdafiə naziri ilk dəfə Türkiyəyə səfər edib

Yaponiyanın müdafiə naziri Gen Nakatani çərşənbə axşamı Türkiyəyə səfər edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Reuters” məlumat yayıb.

Verilən məlumata görə, nazir səfər zamanı müdafiə sənayesi sahəsində əməkdaşlıq və Türkiyə istehsalı olan pilotsuz uçuş aparatlarının (PUA) mümkün alışını müzakirə edib. Buna səbəb kimi, Yaponiya ordusunun PUA arsenalını genişləndirməsi göstərilib.