Xəbərlər

Yaponiya: Ölkə hər 14 saniyədən bir kiberhücumlara məruz qalır

Yaponiyaya bu və ya digər formada kiberhücumlar hər 14 saniyədən bir baş verir.

“Füyuzat”ın məlumatına görə, bu barədə ölkənin iqtisadi təhlükəsizlik naziri Sanae Takaiçi “Nikkei” qəzetinə müsahibəsində deyib.

“Keçən il hər 14 saniyədən bir ölkəmizdəki hər hansı bir IP ünvanına ən azı bir hücum olub”, – o qeyd edib. Takaiçinin sözlərinə görə, 10 il əvvəl bu rəqəm hər 8,3 dəqiqədə bir hücum səviyyəsində idi.

Nazir ölkənin kibertəhlükəsizliyi səviyyəsinin sürətlə və əhəmiyyətli dərəcədə artırılmasının vacibliyini vurğulayıb. Takaiçi əsas infrastruktura, mülki aviasiyaya və tibb müəssisələrinə mövcud olan kiberhücum təhlükəsindən xüsusi narahatlığını ifadə edib.