Xəbərlər

Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq kursunu davam etdirmək niyyətindədir

“Yaponiya hökuməti Yaponiya-Rusiya münasibətlərindəki mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın yeni Baş naziri Şiqeru İşiba parlamentdə ilk çıxışı zamanı deyib.

“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək”, – Baş nazir bildirib.