“Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq siyasətinə sadiqdir və İkinci Dünya Müharibəsinin bitməsindən 80 il sonra belə bir sənədin olmamasını təəssüf doğuran fakt hesab edir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiyanın Baş naziri Şiqeru İşiba bildirib.
Hökumət başçısı hazırda ABŞ-da səfərdədir.
“Təəssüflə qeyd etmək lazımdır ki, müharibənin başa çatmasından 80 il keçsə də, indi nə Şimal əraziləri məsələsi həll olunub, nə də Yaponiya ilə Rusiya arasında sülh müqaviləsi bağlanıb: “Hökumət dörd şimal adasına sahiblik məsələsini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir”.