Yaponiya Rusiyanı Kuril adalarının cənubundakı hərbi mövcudluğunu gücləndirməkdə ittiham edib, həmçinin Tokionun iddia etdiyi Rusiyanın Kuril adalarında keçirdiyi təlimlərə görə diplomatik kanallar vasitəsilə Rusiya tərəfinə etiraz edib.
“Füyuzat”ın məlumatına görə, Yaponiyanın xarici işlər naziri Takesi İvaya mətbuat konfransında bu məsələni qaldırıb.
“Yaponiya tərəfi Rusiya Federasiyasından aprelin 17-dən 22-dək Kunaşir, Şikotan və Habomai adaları ərazisində atışma aparılacağı barədə bildiriş alıb. Yapoiniya suverenliyinin bu ərazilərə də şamil olunmasını istəyir. Rusiyanın hərbi mövcudluğunun gücləndirilməsi, o cümlədən bu cür təlimlər dörd şimal adasında ölkəmizin mövqeyi ilə ziddiyyət təşkil edir və qəbuledilməzdir”, – nazir əlavə edib.



