Xəbərlər

Yaponiya Rusiyaya ixracla bağlı qadağalar tətbiq edib

Yaponiya hökuməti 164 kateqoriyada məhsulun Rusiyaya ixracını qadağan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya İqtisadiyyat Nazirliyi bildirib.

Məlumata görə, yeni ticarət məhdudiyyətləri aprelin 17-dən qüvvəyə minəcək.

Qeyd edək ki, qara siyahıya düşən mallar arasında motor yağları, litium-ion akkumulyatorlar, neft və qaz kəmərləri üçün borular və nitroselüloz var. Yaponiya istehsalı olan yaxtaların, istirahət gəmilərinin, yanğınsöndürən qayıqların, qazma qurğularının və üzən dokların ixracı da qadağan edilib.