Xəbərlər

Yaponiya Şimali Koreyaya etiraz edib

Yaponiya hakimiyyəti ballistik raketlərin buraxılması ilə bağlı Koreya Xalq Demokratik Respublikasına (KXDR) etiraz edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiyanın müdafiə naziri Minoru Kihara jurnalistlərə bildirib.

“Yaponiya hökuməti Şimali Koreyanın raket buraxılışlarına kəskin etirazını bildirib və pisləyib. Bu qəbuledilməzdir. Belə addımlar ölkəmizin təhlükəsizliyinə təsir edən ciddi məsələdir”, – nazir vurğulayıb.