Xəbərlər

Yaponiya tərəfi Rusiya və Çin liderlərnin görüşünü şərh etməyib

Yaponiya hökuməti Kazanda keçirilən BRİCS sammiti çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə Çin Prezidenti Si Cinpin arasında baş tutan görüşü şərh etməkdən çəkinib.

“Füyuzat”ın məlumatına görə, Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Kazuhiko Aoki sözgedən mövzu ətrafında fikir bildirməyib.

“İki dövlətin apardığı danışıqları şərh etməkdən çəkinirəm, lakin biz Çin-Rusiya münasibətlərinin, o cümlədən yüksək səviyyəli danışıqların inkişafını diqqətlə izləyirik”, – Aoki bildirib.