Xəbərlər

Yaponiya: Ukraynadakı vəziyyətlə bağlı ABŞ-Rusiya dialoqu əsasdır

“Yaponiya hökuməti Ukraynadakı vəziyyət kontekstində ABŞ və Rusiya arasında dialoqu vacib hesab edir və onu diqqətlə izləyir”.

“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Rusiya-Amerika danışıqlarını şərh edərkən deyib.

“Yaponiya tərəfi Ukraynadakı vəziyyət ətrafında baş verən hər şeyi diqqətlə izləyir və təhlil edir, lakin hazırda bu məsələ ilə bağlı beynəlxalq arenada davam edən müzakirələrlə bağlı hər hansı qiymətləndirmə və şərhlərdən çəkinir. Yaponiya tərəfi münaqişənin sülh yolu ilə həllinə yönəlmiş G7 və digər ölkələrlə sıx əməkdaşlığı davam etdirəcək”, – o bildirib.