Yaponiya ikitərəfli dəstək sazişləri çərçivəsində Ukraynaya minatəmizləmə üçün avadanlıqların daha bir partiyasını verəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Yaponiya hökuməti Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi vasitəsilə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinə (SES) dörd böyük mina təmizləmə maşını təqdim edəcək”, – deyə məlumatda qeyd olunub.
Avadanlıqların bu ilin sonuna qədər təhvil veriləcəyi gözlənilir. Bundan əlavə, Yaponiya tərəfi Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları üçün minalardan təmizləmə kursu keçirəcək.