“Yaponiya Ukraynada atəşkəs və ya sülh əldə edildikdən sonra Milli Özünümüdafiə Qüvvələrinin hərbçilərinin Ukraynaya göndərilməsi imkanını nəzərdən keçirmir”.
“Füyuzat”ın məlumatına görə, bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi deyib.
“Yaponiya bu 26 ölkədən biri deyil. Yaponiya hökuməti Özünümüdafiə Qüvvələrinin şəxsi heyətini Ukraynaya göndərmək imkanını nəzərdən keçirmir”, – o əlavə edib.



