Xəbərlər

Yaponiya və ABŞ dəniz fəaliyyətini genişləndirib

Yaponiya və ABŞ Rusiya Federasiyasının sərhədləri yaxınlığında dəniz fəaliyyətini genişləndirib.

“Füyuzat”ın məlumatına görə, bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Yaponiya təkcə hərbi potensialını artırmır, həm də ABŞ ilə birlikdə Uzaq Şərqdə sərhədlərimiz yaxınlığında hərbi dəniz fəaliyyətini genişləndirir. NATO-ya üzv ölkələr arasından regiondankənar dövlətləri cəlb edir”, – Rudenko söyləyib.